“Şəfəqin narkotik satdığını bilmirdim” - Mehriban Zeynalova

  “Şəfəqin narkotik satdığını bilmirdim” -    Mehriban Zeynalova
  02 May 2019    Oxunub:3277
Xəbər verdiyimiz kimi, Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub. Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları "Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan qızı Ağabalayevanı 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında marixuana satarkən saxlayıblar.
Vaxtilə Şəfəq Ağabalayevanın əməkdaşlıq etdiyi Təmiz Dünya Qadınlara Yardim İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Azvision.az -a bildirib ki, bu xəbər onun üçün gözlənilməz olub.



“Şəfəq bizimlə 4-5 il öncə Sumqayıtda zorakılığa məruz qalmış qadınlarla bağlı əməkdaşlıq edirdi. Onda evdar qadın idi, heç yerdə işləmirdi, saytı da yox idi. O, mənim rəsmi işçim olmayıb. Bizə qadınlarla əlaqdar müraciət edəndən sonra onunla iş birliyim yaranmışdı. Özünün müəyyən etdiyi xanımlar var idi, mənim tərəfimdən istiqamətləndirilməmişdi. Hansısa məsələ olanda zorakılıqdan əziyyət çəkən qadınların yanına düşüb, polisə gedirdi. Amma biz cinayət tərkibli əməllərlə məşğul olan şəxslər ilə əməkdaşlıq etmirik. Onun belə bir işlə məşğul olduğunu bilmirdim. Mənim üçün gözlənilməz oldu. Hüquq-mühafizə orqanları faktı araşdırıb, hüquqi qiymət verəcəklər", - deyə M.Zeynalova vurğulayıb.

Qeyd edək ki, həbs olunan sayt rəhbəri bir müddət əvvəl şantaja məruz qaldığını deyərək, intihara cəhd etmişdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Jurnalist   İntihar   Narkotik  





Xəbər lenti