Çingiz komandası haqqında həqiqəti söyləyib - VİDEO

Çingiz komandası haqqında həqiqəti söyləyib -    VİDEO
  01 May 2019    Oxunub:2719
“Eurovision 2019” mahnı müsabiqəsində təmsilçimizin beş bek-vokalçısı olacaq.
Azvision.az xəbər verir ki, səhnəyə yad sayılmayan bu şəxslər olduqca peşəkardırlar. Belə ki, Pernille Leeloo bu il Danimarkanın milli seçimləri olan “Dansk Melodi Grand Prix”ə qatılıb. Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə "Melodifestivalen" finalına qədər yüksəlib. Peter Simpson isə “Eurovision 2018”də Avstriya təmsilçisi ilə birgə çalışıb. İfaçı və bəstəkarlar Patrik Jean və Cedrik Hammar "Truth"a həyat verməyə və onu insanlarla bölüşməyə kömək edəcəklər.



"Mən çox xoşbəxtəm ki, bu cür istedadlı və peşəkar insanlar Təl-Əvivdəki çıxışım üçün bizim komandaya qoşulublar. Musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də "Truth" mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçılarının profilini nəzərdən keçirdik ki, komandamıza qoşulacaq şəxsləri seçək. Əminik ki, komandamıza öz şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçmişik. İlk məşqimiz çox əla keçib və komandamızda çox gözəl harmoniya var”, - deyə Çingiz Mustafayev bek-vokalçıları haqqında fikirlərini bölüşüb.



Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da "Eurovision 2019" mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnəyə çıxacaq.

Azvision.az



Teqlər: Çingiz   Eurovision  





Xəbər lenti