Xanlar Vəliyev: “Fərarilik cinayətləri 371 dəfə azalıb”

 Xanlar Vəliyev:  “Fərarilik cinayətləri 371 dəfə azalıb”
  30 Aprel 2019    Oxunub:3599
Orduda baş verən, o cümlədən hərbi xidmət əleyhinə cinayətlərin sayı Hərbi Prokurorluğun səmərəli fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə azalıb.

Azvision.az -ın məlumatına görə, bunu respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.
Onun sözlərinə görə, ötən il Hərbi Prokurorluq üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər illərlə müqayisəli təhlili göstərir ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 29 dəfə, fərarilik cinayətləri 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1000 dəfə azalıb.

"Tabeçilik qaydaları əleyhinə olan, eləcə də hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə iki dəfə az qeydə alınıb. Həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7 faiz az olub. Eləcə də 1998-ci illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 36 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 51,4 faiz, qeyri-hərbi cinayətlər 10,2 faiz, qəsdən adam öldürmə cinayətləri 5 dəfə, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb", - Xanlar Vəliyev qeyd edib.

Azvision.az


Teqlər: Hərb   Prokurorluq   Cinayət  





Xəbər lenti