Sabahdan “pərdə mövsümü” başlayır

   Sabahdan “pərdə mövsümü” başlayır
  30 Aprel 2019    Oxunub:5322
Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına qoyulmuş qadağanın müddəti sabah bitir.

Azvision.az xəbər verir ki, hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərar qüvvəyə minir.
Qeyd edək ki, mayın 1-dən nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib.

Sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkilməsi qadağandır. Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 155.2-ci maddəsində 150 manat cərimə müəyyən edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Maşın   Pərdə  





Xəbər lenti