Gündüz İsmayılov: “Dövlət dini təhsil verə bilməz”

 Gündüz İsmayılov:  “Dövlət dini təhsil verə bilməz”
  30 Aprel 2019    Oxunub:2601
“Din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən (anlayışdan) istifadə edilir: 1. Dini tərbiyə 2. Dini təhsil. 3. Dinlə bagli tədris”.

Azvision.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Komitə rəsmisinin sözlərinə görə, dini tərbiyəni yalniz ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz: "Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağli tədris isə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir. Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağli zəruri bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə, başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə. Artıq prosesə baslanılıb. Orta məktəbdə “Həyat bilgisi” fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burda başa düşülməyəcək nə var ki?!”.

Azvision.az


Teqlər: Dini-Qurumlar   Komitə   Gündüz-İsmayılov  





Xəbər lenti