Məmmədyarov Emilio Monzo ilə görüşüb
Görüş zamanı Azərbaycan ilə Argentina arasında olan əlaqələrin cari vəziyyətindən razılıq ifadə olundu. Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini xüsusilə vurğuladılar.
Nazir Elmar Məmmədyarov 2019-cu ilin mart ayında Argentinaya səfərini qeyd edərək səfər çərçivəsində keçirilmiş faydalı görüşləri və bir çox sahələr üzrə inkişaf etməkdə olan ikitərəfli münasibətləri qeyd etdi.
Ölkələr arasında əlaqələrin inkişafı baxımından parlament diplomatiyasının önəmli rol oynadığı qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Emilio Monzo nazir Elmar Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırladı və hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd etdi.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr apardılar.
Azvision.az
Teqlər: XİN Məmmədyarov