İvanişvilinin yerinə baş nazir təyin olundu

İvanişvilinin yerinə baş nazir təyin olundu
  21 Noyabr 2013    Oxunub:1233
31 yaşında baş nazir oldu
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilinin ölkənin Baş naziri vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.

AzVision.az xəbər verir ki, çərşənbə günü gecə parlament tərəfindən Nazirlər Kabinetinə etimad rəyinin elan edilməsindən sonra G.Marqvelaşvili fərman imzalayaraq İ.Qaribaşvilini onun hökumətinin etimad rəyi qazanması münasibətilə təbrik edib.

Qeyd edək ki, noyabrın 18-də İ.Qaribaşvili rəsmən Gürcüstanın Baş naziri vəzifəsinə yeganə namizəd kimi irəli sürülüb.

Gürcüstan parlamenti noyabrın 20-də növbədənkənar iclasında hökumətə etimad rəyi verib.


Teqlər:





Xəbər lenti