Ən çox qazanan müğənnilər- SİYAHI

Ən çox qazanan müğənnilər- SİYAHI
  20 Noyabr 2013    Oxunub:989
Reytinq cədvəlinə Madonna başçılıq edir
Amerikanın Forbes jurnalı ən yüksək ödənişli musiqiçilərin siyahısını dərc edib. Reytinq cədvəlinə bir il ərzində 125 milyon dollar qazanan 55 yaşlı ifaçı Madonna başçılıq edir. Bu məbləğin böyük hissəsi MDNA konsert turundan və özünün geyim və ətir şəbəkəsindən əldə edilib.

Siyahının 2-ci pilləsində 80 milyon dollarla Ledi Qaqa qərarlaşəb. Siyahını tərtib edənlər vurğulayırlar ki, əgər Ledi Qaqa aldığı zədəyə görə “Born This Way Ball” turunu yarımçıq qoymasaydı, bu ona daha çox pul qazandırardı.

Birinci üçlüyü 79 milyon dollarla rok musiqiçi Con Bon Covi qapayir. Ondan sonra 4-cü yerə müğənni Tobi Kit (65 milyon) və 5-ci uerə britaniyanın rok-qrupu “Koldpley” (64 milyon) sahiblik edir. .

“Forbes”in məlumatına görə bəzi musiqiçilər gəlirlərinin çox hissəsini heç də qastrollardan əldə etmirlər. Məsələn Kit səsyazma studiyası və restoranlar şəbəkəsinin sahibidir. Ən yüksək ödənişli hip-hop ifaçısı Şon “Diddi”Kombs 50 milyoluq gəlirinin çox hissəsini spirtli içki istehsalçısı olan “Cirok”la əməkdaşlığı nəticəsində əldə edib.


Teqlər:  





Xəbər lenti