“Əbədi lider”in 120 illik həyat sirri - FOTOLAR

“Əbədi lider”in 120 illik həyat sirri - FOTOLAR
  20 Noyabr 2013    Oxunub:1415
Şimali Koreyanın “əbədi lideri” Kim Il-Sung haqqında yeni məlumatlar ortaya çıxıb. Koreya liderinin xüsusi həkimi Kim So-yean yeni dərc olunan kitabında onunla bağlı ilginc faktlar açıqlayıb.

Kitabda 1994-cü ildə 82 yaşındaykən infakt nəticəsində dünyasını dəyişən kommunist liderinin 1977-ci ildə ömrünü uzatmaq üçün xüsusi institut yaratdığı deyilir.

O, tabeçiliyində olanlara xüsusi tapşırıq verərək “məni 120 il yaşadın” əmrini verib.

Azvision.az xarici mediaya istinadən xəbər verir ki, həmin institutun yaranmasından iki il sonra doktor Kim həmin məüssisənin rəhbərliyinə gətirilib.

Kitabda qeyd edilib ki, “əbədi lideri” bu məqsədinə çatmaq üçün həkim ömrünün 30 ilini xərcləyib. Lakin, həkim Koreya liderini əmr etdiyi kimi 120 il yaşada bilməyib.

O, kitabında daha sonra belə davam edir:

“Tibb kitablarında adı keçən 1750-dən çox şəfalı otun üzərində araşdırma apardıq. Bir çox sınaqlar keçirdik. İlk gördüyümüz iş isə komediya teatrları qurmaq idi. Gülüşün ömür uzatdığını bilirdik. Buna görə də gündə ən azı beş dəfə onu doyunca güldürürdük.

Bu müalicələrdən xeyir görməyən Kim Il-Sung 78 yaşından sonra gənc oğlanların qanından özünə köçürdülməsinə başladı.”

Emin Piri

Qalereya




Teqlər:  





Xəbər lenti