Mədət Quliyev akademiki təltif edib - FOTO

Mədət Quliyev akademiki təltif edib -  FOTO
  11 Aprel 2019    Oxunub:4102
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 07 mart 2019-cu il tarixli əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təltif edilib.
Azvision.az -ın məlumatına görə, Azərbaycan Respublikası DTX-nin sədri, general-polkovnik Mədət Quliyevin imzası ilə verilən vəsiqədə akademik Nailə Vəlixanlının “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildiyi qeyd edilib.

Yubiley medalı Muzeyi ziyarət edən DTX nümayəndəsi tərəfindən akademik Nailə Vəlixanlıya təqdim edilib.



Azvision.az


Teqlər: DTX  





Xəbər lenti