Qətərdə erməni təxribatının qarşısı alınıb - FOTOLAR

Qətərdə erməni təxribatının qarşısı alınıb -  FOTOLAR
  11 Aprel 2019    Oxunub:3841
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycan nümayəndə heyəti Beynəlxalq Parlamentlərarası İttifaqın aprelin 6-dan 10-dək Qətərin paytaxtı Dohada keçirilən “Sülh, təhlükəsizlik və qanunun aliliyi üzrə təhsilin səviyyəsinin artırlımasında parlamentlərin rolu” mövzusunda 140-cı assambleyasında iştirak ediblər.
Parlamentin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirə dünyanın 150-dən artıqölkəsindən 2200-dən çoxnümayəndə qatılıb. Açılış mərasimində Qətərin əmiri şeyx Təmim bin Həməd Al Tani, Qətər Parlamentinin sədri Əhməd bin Abdullah Al Mahmud, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və baş katibi Martin Çunqonq nitq söyləyiblər, sonra BMT-nin baş katibi Antonio Qutierreşinvideomüraciəti nümayiş etdirilib. Milli Məclisin deputatı Şahin İsmayılov Assambleyanın Gənc Parlamentarilərinin Forumunda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən gənclər siyasətibarədə ətraflı məlumat verib,ötən il Bakıdatəşkil olunmuş Gənc Parlamentarilərin V Qlobal Konfransından söz açıb. Forumda həmin konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq bildirilib.



Assambleyanın Sülh və beynəlxalq təhlükəsizlik üzrə Daimi Komitəsinin iclasında “Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Qurumun həmməruzəçiləri Xalid Al Bakkar ilə BorisTarasyukun hazırladığı həmin sənədə dair 20 dövlət tərəfindən təqdim olunmuş 120-dən çox təklif müzakirə edilib.



Azərbaycan nümayəndə heyəti adından qətnamə layihəsinə təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayan Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizdə bu sahədə qüvvədə olan qanunvericilik aktları və həyata keçirilən tədbirlər barədə Forum iştirakçılarını geniş məlumatlandırıb.Bildirib ki, təklif olunan dəyişikliklər “Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnaməyədövlətlərin ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ifadəsinin də əlavə olunmasını nəzərdə tutur. İclasda dəyişiklik səsə qoyulub və Ermənistan tərəfinin etirazlarına baxmayaraqyekdilliklə qəbul edilib.



Bildirilir ki, assambleyada Ermənistan nümayəndə heyəti növbəti təxribata əl ataraq qətnamə layihəsinə dair bütün mətn üzrə ərazi bötüvlüyü ifadəsinin çıxarılmasını və xalqların öz müqəddəratını təyin etmək hüququ ifadəsinin əlavə olunmasını nəzərdə tutan 9 təklif irəli sürüb. Həmin təkliflərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti qəti etiraz bildirib, o təkliflərin qəbuledilməzliyini və heç bir məntiqə sığmadığınıəsaslandırıb, onların rədd edilməsi təkid olunubdur. Səsvermə nəticəsində Ermənistan deputatlarının irəli sürdüyü təkliflərin heç biri qəbul edilməyib, əksinə, qətnamə layihəsinin adında ərazi bütövlüyü ifadəsinin əlavə edilməsi məqsədəuyğun hesab olunubdur.



Qətnamənin yekun layihəsi Parlamentlərarasıİttifaqın Assambleyasında səsə qoyularaq qəbul edilibdir. Assambleyanın işində Milli Məclisin nümayəndə heyəti ilə birgə Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak edibdir.

Azvision.az


Teqlər: Qətər   Erməni-təxribatı  





Xəbər lenti