“Prezident bu sahəyə xüsusi diqqət ayırır” - Ülvi Quliyev

    “Prezident bu sahəyə xüsusi diqqət ayırır” -    Ülvi Quliyev
  11 Aprel 2019    Oxunub:2545
“Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir. Ölkə başçısı bu sahəyə xüsusi diqqət ayırır. Sabitlik, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. Təhlükəsizlik və stabillik olmadan inkişafdan danışmaq mümkün deyil”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı komitə sədri Ülvi Quliyev deyib.

Komitə sədri bildirib ki, daxili siyasət sırf vətəndaş amili ilə bağlıdır: “Xalqımızın rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsi ilə təmin olunması xaric siyasətimiz də daxili siyasətimizin davamı olaraq milli və dövlət maraqlarına bağlıdır. Qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında qonşu dövlətlərlə, o cümlədən Avropa dövlətləri ilə, islam dövlətləri ilə əməkdaşlığımız möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu işlər yüksək səviyyədə həyata keçirilir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Elvi-Quliyev   Milli-Məclis  





Xəbər lenti