XİN Moskva görüşü barədə məlumat yaydı

XİN Moskva görüşü barədə məlumat yaydı
  11 Aprel 2019    Oxunub:2107
Aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüş Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Ermənistan XİN nazirlərin görüşünün vaxtı barədə məlumat yaymışdı.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti