“Məktəbli qızın intihar etməsini kampaniyalaşdırmağa ehtiyac yoxdur” - Komitə sədri
"İndi heç kəsi təqsirləndirmək istəməzdim, bütün bunlar istintaq işi yekunlaşdıqdan sonra bilinəcək”, - deyə Hicran Hüseynova bildirib.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı aprelin 6-da birgə məlumat yayıb. Məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.
Aytən Zəhra
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Mehriban-Əliyeva