Qorxudan özünü binadan atan kişi evə buraxılır

   Qorxudan özünü binadan atan kişi evə buraxılır
  11 Aprel 2019    Oxunub:1691
Bakının Nizami rayonu, Babək prospektində yerləşən yataqxanada baş verən yanğın nəticəsində qorxudan özünü binadan atan 45 yaşlı kişinin vəziyyəti yaxşıdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxsin səhhətində heç bir problemi yoxdur, bu gün evə buraxılıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Yataqxana  





Xəbər lenti