İsraildən İrana açıq müharibə hədəsi

İsraildən İrana açıq müharibə hədəsi
  19 Noyabr 2013    Oxunub:1166
İsrail baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini Yakov Amidror ölkəsinin İranın nüvə sistemlərini vurmağa hazır olduğunu bəyan edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir müavini vurğulayıb ki, başqaları bu işi görmürsə, onları gözləyə bilməzlər:

“Çox ciddiyik. İranın nüvə silahı təkcə İsrail üçün deyil, bütün Orta Şərq üçün təhlükədir. Başqaları nüvə sistemlərini vurmaq istəmirsə biz onları gözləyə bilmərik”.

İsarildə rəsmi səfərdə olan Fransa prezidenti Fransua Oland da İranın nüvə silahı barədə müzakirələr aparıb. “Cenevrədə keçiriləcək müzakirələrdə İranın nüvə proqramını bitirməsi barədə də maddə daxil edilməlidir. Bölgə nüvə silahından təmizlənməlidir”.-deyə fransız prezident qeyd edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti