Miqrasiya Xidməti yeni təlimə başlayır

Miqrasiya Xidməti yeni təlimə başlayır
  11 Aprel 2019    Oxunub:2768
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yeni təlimə başlayır.
Azvision.az -ın məlumatına görə, DMX “Miqrasiya könüllüləri” layihəsi çərçivəsində “İnformasiya Texnologiyaları Məktəbi”ndə təlimlərə başlayacağını elan edib.

Ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompüter elmləri və bənzəri ixtisasları üzrə ali təhsili, həmçinin, müvafiq iş təcrübəsi olanbütün gənclərtəlimlərdə iştiraka dəvət olunur.

“İnformasiya Texnologiyaları məktəbi”i barədə ətraflı məlumatı Konsepsiya sənədindən əldə edə bilərsiniz.

İştirakçılar proqram çərçivəsində İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar biliklərə yiyələnmək, praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• CV (miqrasiya könüllülərinin CV göndərməsinə ehtiyac yoxdur)
• Qeydiyyat forması;

Proqramda iştirak üçün sənədlər “26” aprel 2019-cu il tarixədək elektron poçt vasitəsilə,[email protected] ünvanına(başlıq hissəsində “İT Məktəb” göstərilməklə) qəbul olunur. Ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.

Azvision.az


Teqlər: DMX   Miqrasiya-Xidməti  





Xəbər lenti