“ABŞ bundan sonra da Azərbaycanın layihələrini dəstəkləyəcək” - Yeni səfir
Səmimi qəbula və təbrikə görə minnətdarlığını ifadə edən səfir Erl Litzenberger Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib.
Səfir Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.
Azvision.az