Rusiya ilə hərbi sahədə yeni layihələr müzakirə olunub
Tərəflər iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərin təşkili, birgə hərbi təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin davam etdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Səfir Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib. Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib və Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində uğurlar arzulayıb.
Azvision.az
Teqlər: Zakir-Həsənov Rusiya Səfir