FHN işə qəbulla bağlı müsabiqə elan edib
16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Gəncə şəhərində, FHN-in Gəncə Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Qəbələ şəhərində, FHN-in Şimal-qərb Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Salyan şəhərində, FHN-in Muğan Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Şirvan şəhərinin, Salyan, Neftçala, Biləsuvar, İmişli, Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
şəxsiyyət vəsiqəsi;
hərbi bilet;
sağlamlıq haqqında arayış (Forma № 086);
Vərəm Əleyhinə Dispanserdən arayış;
Dəri-zövrəvi Dispanserdən arayış;
Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;
Narkoloji Dispanserdən arayış.
Azvision.az