Azad Rəhimovdan gənclərlə bağlı təklif
"2018-ci ilin may ayından start götürən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 Gənc Səfirin ölkəmizdə təqdimat və mükafatlandırma mərasimi də baş tutub. BMT modeli gənclər üçün yeni biliklərin əldə olunması, tənqidi yanaşma, motivasiya istiqamətində seçim, təlim və effektiv inkişaf mexanizimdir".
Çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən zəbt edildiyini və öz yurd- yuvalarından didərgin düşən insanların böyük əksərriyyətinin məhz gənclər olduğunu bildirib. Plenar iclasda çıxış edən nazir Azad Rəhimov, Minilliyin İnkişaf Məqsədləri (2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) (2016-2030) proqramlarının həyata keçirilməsindən öncəki mərhələdə ölkənin əldə etdiyi uğurlardan, qarşıya qoyulan məqsədlərdən, görülən işlərdən və proqramlardan irəli gələn öhdəliklərdən danışıb. Çıxışının sonunda nazir Azad Rəhimov BMT-nin çətiri altında sadəcə görüşlərin və müzakirələrin aparılması deyil, gənclərin məşğulluğunun təmin olunması istiqamətində real işlərin görülməsi məqsədi ilə xüsusi koordinasiya komissiyasının yaradılması təklifini irəli sürüb.
Bununla yanaşı, ABŞ-a səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin Baş Katibinin Gənclər üzrə elçisi xanım Jayathma Vickramanayake, BMT İqtisadi və Sosial Şurasının prezidenti xanım İnqa Rhonda King, Serbiya Respublikasının gənclər və idman naziri Vanja Udovicic, Rusiya nümayəndə heyətinin BMT İqtisadi və Sosial Şurasında rəhbəri, gənclər siyasəti üzrə Federal Agentliyin nümayəndəsi Aleksandr Bugayev, Ukraynanın gənclər və idman naziri İqor Jdanov, Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss, Əfqanıstanın gənclər məsələləri üzrə nazir müavini Kamal Sadat ilə görüşlər keçirib. Görüşlərdə gənclərin məşğulluğu sahəsində informasiya mübadiləsi aparılıb, qarşılıqlı layihələr haqqında danışılmış və eyni zamanda, Rusiya və Azərbaycan arasında “Tələbə baharı” və digər layihələrin realizəsi mövzuları müzakirə olunub.
Azvision.az
Teqlər: Azad-Rəhimov GİN