10 milyonuncu sakin anası ilə - FOTOLAR

  10 milyonuncu sakin anası ilə -    FOTOLAR
  09 Aprel 2019    Oxunub:16003
Xəbər verdiyimiz kimi, aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qıza Mehriban adı qoyulub. Uşağın valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur.
Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşağa baş çəkərək, onun valideynləri ilə görüşüblər. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə ölkə başçısı tərəfindən körpənin valideynlərinə mənzil hədiyyə edilib.

Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova Azvision.az -a bildirib ki, uşağın vəziyyəti yaxşıdır və bu gün evə buraxılacaq.

















Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: 10milyon   Uşaq  





Xəbər lenti