Prezident 10 milyonuncu vətəndaşın ailəsinə ev verdi - FOTO
"Qızımın 10 milyonuncu vətəndaş olması münasibətilə cənab prezident bizə ev hədiyyə edib. Bizə bu gün məlumat verilib. Ev Yasamal rayonundadır, 3 otaqlıdır. Prezidentə və Mehriban xanıma göstərdikləri diqqətə görə ailəmiz adından təşəkkür edirəm", - deyə R. Həsənov bildirib.
Xatırladaq ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Ailəsi tərəfindən körpəyə Mehriban adı qoyulub.
Şahanə Rəhimli
Azvision.az