“Minlərlə əsgərimiz Qarabağda boş yerə ölüb” - Paşinyanın arvadı
“Bu, ona görə lazımdır ki, sərhəddə dayanan həm erməni, həm azərbaycanlı əsgərlər həlak olmasınlar. Bizim təşəbbüsümüzün mənası əsgərlərin həyatını qorumaq və onları boş yerə qurban verməməkdir. Çünki illər boyu davam edən qarşıdurma ərzində hər iki tərəfdən çoxsaylı qurbanlarımız olub. Minlərlə qurban var, amma biz onları boş yerə vermişik, çünki həmin qurbanlar bizi münaqişənin nizamlanmasına bir santimetr də olsun yaxınlaşdırmayıblar, əksinə, uzaqlaşdırıblar. Çünki nifrətin hökm sürdüyü şəraitdə biz münaqişənin həllini tapa bilmərik” , - deyə Akopyan vurğulayıb.
Azvision.az