Prezident yol tikintisinə 14 milyon manat ayırıb

   Prezident yol tikintisinə 14 milyon manat ayırıb
  08 Aprel 2019    Oxunub:1702
Prezident İlham Əliyev aprelin 8-də “Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, səksən beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,0 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti