2279 əlilə reabilitasiya xidmətləri göstərilib

2279 əlilə reabilitasiya xidmətləri göstərilib
  06 Aprel 2019    Oxunub:2894
2019-cu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2279 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.
Bu barədə Azvision.az -a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 1829-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Həmin insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks bərpa-müalicə işləri aparılıb.

Azvision.az


Teqlər: Əlil   Müalicə  





Xəbər lenti