“Başqa ölkələrdən müalicə üçün Azərbaycana gələnlər var” - Nazir müavini

“Başqa ölkələrdən müalicə üçün Azərbaycana gələnlər var” -  Nazir müavini
  06 Aprel 2019    Oxunub:2353
Azərbaycandan müalicə üçün İrana və ya başqa ölkələrə gedənlərə Səhiyyə Nazirliyi nəzarət etmir.

Bu barədə Azvision.az -a Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, insanların sağlamlığı üçün başqa ölkələrə getməsi onların şəxsi işidir.
"Başqa ölkələrdən Azərbaycana müalicə üçün gələnlər var. Həkim, yer seçmək insanların öz hüquqlarıdır. Ancaq əhalinin böyük əksəriyyəti Azərbaycanda müalicə olunur. Azərbaycanda ildən-ilə xəstəxanalara müraciətlərin də sayı artır. Xəstəxanaların çarpayalarının dövriyyəsi artır, poliklinikalara olan müraciətlər çoxalır. Ölkə başçısının səhiyyəyə göstərdiyi diqqət və qayğı nəticəsində yeni müəssisələrin yaradılması da buna bir nümunədir", - deyə E.Ağayev qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə   Müalicə  





Xəbər lenti