Sürücülərin diqqətinə! - Bu yol bağlı olacaq

  Sürücülərin diqqətinə!    - Bu yol bağlı olacaq
  06 Aprel 2019    Oxunub:2152
Aparılan təmir işləri ilə əlaqədar olaraq 6 aprel tarixindən 7 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 7 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

Azvision.az


Teqlər: AAYDA   yol  





Xəbər lenti