Naxçıvanda 3 ayda 35 qanunsuz miqrant saxlanılıb
Bildirilib ki, ötən dövrdə xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanıb.
Həmin əcnəbilər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 1642 müraciətdən 1359-u əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, 178-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, 2-si müvəqqəti yaşamaq üçün icazənin yenidən rəsmiləşdirilməsi, 8-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, 95-i isə vətəndaşlıq məsələləri ilə bağlı olub.
Azvision.az