Samux sakini yanaraq ölüb

   Samux sakini yanaraq ölüb
  02 Aprel 2019    Oxunub:2858
Samux rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 33 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti