Vəkillər Kollegiyası yenidən toplandı

Vəkillər Kollegiyası yenidən toplandı
  01 Aprel 2019    Oxunub:2379
Aprelin 1-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, iclasda çıxış edən kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti, vəkilliyə qəbulla bağlı martın 30-da keçirilmiş yazılı test imtahanının nəticələri, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iştirakçılara məlumat verib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, kollegiya üzvlüyünə qəbul, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bakıda və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin aprel ayı üçün növbətçilik siyahısı təsdiqlənib.

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı martın 30-da keçirilmiş ixtisas imtahanının yazılı test mərhələsində ən yüksək bal toplayaraq fərqlənmiş vəkilliyə namizədlərə göstərdikləri nəticələr münasibətilə təbriklər çatdırılıb, onlara növbəti mərhələlərdə uğurlar arzulanıb.

İclasda, həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar cari məsələlərə baxılıb.

Azvision.az



Teqlər: Vəkillər-Kollegiyası  





Xəbər lenti