“Petlim” limanının adı dəyişdirildi, “SOCAR Terminal” oldu

  23 Mart 2019    Oxunub : 1741
 “Petlim” limanının adı dəyişdirildi, “SOCAR Terminal” oldu
“SOCAR Türkiyənin Aliağa bölgəsində yeni neft-kimya müəssisəsi qurmaq niyyətindədir”
Bunu “SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murad Le Kompte (Murat LeCompte) Uludağ İqtisadi Zirvəsi zamanı yenişafak.com saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müəssisə 2020-2023-cü illərdə tamamlanacaq: “Bu il üçün hələlik son investisiya qərarını verməmişik. Amma il ərzində bu qərarın da veriləcəyi yeni bir neft-kimya sərmayəmiz olacaq. Bu da yenə Aliağa bölgəsində baş tutacaq. Əgər bu il investisiya ilə bağlı son qərarı versək, gələn il üçün təməlinin qoyulacağını düşünürəm. 2020-2023-cü illərdə isə bu işlər tamamlanacaq”.

SOCAR rəsmisi “Petlim” limanının adının “SOCAR Terminal” olaraq dəyişdirildiyini də açıqlayıb: “Bu, tamamilə türk podratçı və mühəndislər tərəfindən inşa edilmiş bir layihədir. Türkiyənin ən böyük üçüncü limanıdır. Həmin limanın köhnə adı “Petlim” idi. İndi isə həmin liman “SOCAR Terminal” olaraq adlandırılacaq. Həqiqətən də qürur duyduğumuz layihədir”. (Report)

Azvision.az

Teqlər: Liman   Socar