Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib
  19 Mart 2019    Oxunub:1962
Hesablama Palatasının növbəti Kollegiya iclasında 2018-ci il üçün İş planı üzrə aparılmış bir sıra audit tədbirləri üzrə həyata keçirilmiş monitorinqin nəticələrinə dair auditor hesabatları dinlənilib.
Palatadan Azvision.az -a verilən məlumata görə, monitorinqlər Hesablama Palatası Kollegiyasının müvafiq qərarlarının icra vəziyyətini, o cümlədən bu qərarların icrasına dair qurumlar tərəfindən təqdim edilmiş məktublarda əks etdirilmiş məlumatların nəzarət obyektində yoxlanılmasını əhatə edib.

İclasda auditor hesabatları müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunub.

Azvision.az


Teqlər: Hesablama-Palatası  





Xəbər lenti