Azotun güzəştli şərtlərlə səyyar satışına başlanılıb
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca növbəti səyyar satış mart ayının 18-də Şəmkir rayonunun Çənlibel kəndində baş tutub. Bu günkü satış zamanı Çənlibel və ətraf kəndlərdən 55 vətəndaş müraciət edib və 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kq ammofos, ümumilkdə, 32,450 ton mineral gübrə satılıb. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Sabah - martın 19-da Qazax rayonunun Alpout kəndində növbəti səyyar satış keçiriləcək.
Azvision.az