Əhalinin banklarda 8 milyard 75,9 milyon manat pulu var

  Əhalinin banklarda 8 milyard 75,9 milyon manat pulu var
  18 Mart 2019    Oxunub:3233
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, fevral ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 8 milyard 75,9 milyon manat təşkil edib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 62,5 faizi xarici, 37,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,7 faiz, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

Azvision.az



Teqlər: Statistika   Bank   Əmanət  





Xəbər lenti