Polislərin topladığı 70 min manat məcburi köçkünlərə verilib
Polis general-leytenantı İsmət Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat, məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən, ordu quruculuğu, iqtisadi qüdrətimizin daha da yüksəldilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahələrində əldə olunmuş uğurlardan söz açıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlət başçısının apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 70 min manat soydaşlarımıza təqdim olunub. Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.
Azvision.az
Teqlər: Polis Məcburi-köçkün