Nazir Ağcabədidə vətəndaşları qəbul edəcək

Nazir Ağcabədidə vətəndaşları qəbul edəcək
  05 Mart 2019    Oxunub:1646
Təhsil naziri Ceyhun Bayramov martın 11-i saat 10.00-da Ağcabədi şəhərindəki Bayraq Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayonlarının sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən Azvision.az -a bildiriblər ki, qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar martın 5-dən 7-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (https://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlar qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etməlidirlər.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti