“Ermənilər 100 min hektar ərazini qəsdən yandırıb” - Nazir

   “Ermənilər 100 min hektar ərazini qəsdən yandırıb” -    Nazir
  05 Mart 2019    Oxunub:2241
"Ermənistan tərəfindən qəsdən törədilən yanğınlarda 100 min hektar ərazi məhv olub".

Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. Nazir bildirib ki, hazırda işğal altındakı ərazilər ermənilər tərəfindən talan edilir:
"Bunlarla yanaşı, Sərsəng su anbarı qəzalı vəziyyətdədir. Bu hal ətraf ərazilərdə yaşayan 4 min sakin üçün ciddi təhlükə yaradır".

M.Babayev əlavə edib ki, ermənilər məqsədli şəkildə yayda quraqlıq yaradırlar: "Onlar qışda suyu buraxırlar. Yayda isə qarşısını kəsirlər və quraqlıq yaradılır. Əhalini qəsdən sudan məhrum edirlər. Təəssüf ki, AŞPA-da Sərsəng su anbarı ilə əlaqədar qəbul edilən qətnamənin tələblərinə əməl edilmir".

Elvin Abdulqədirov
Azvision.az





Teqlər:





Xəbər lenti