Fevralda AQTA-ya 1325 müraciət daxil olub

Fevralda AQTA-ya 1325 müraciət daxil olub
  04 Mart 2019    Oxunub:1332
Bu ilin fevral ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı mərkəzi”nə 1325 müraciət edilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, edilən müraciətlərdən 347-si sertifikatlaşdırma və qeydiyyat, 286-sı idxal-ixrac əməliyyatları, 101-i istehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar olub.

Qida zəhərlənmələri ilə əlaqədar agentliyə 26 müraciət daxil olsa da, onlardan yalnız 11-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Ay ərzində daxil olan müraciətlərin 116-sı işə qəbulla bağlı, 449-u isə digər xarakterli müraciətlər olub.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti