Əfv Komissiyasının növbəti iclası keçirilib

   Əfv Komissiyasının növbəti iclası keçirilib
  04 Mart 2019    Oxunub:2236
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Azvision.az xəbər verir ki, iclasda 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.
İndiyədək keçirilən iclaslarda ümumilikdə 500-ə yaxın müraciətə baxıldığı bildirilib.

Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əfv  





Xəbər lenti