Məmmədyarov Taha Ayhan ilə görüşüb
Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, Forumun Avrasiya Regional Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycanın Gənclər və İdman Nazirlər Şurasına sədrliyi çərçivəsində İslam ölkələri arasında gənclər və idman fəaliyyəti ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədini daşıyan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarları şəbəkəsinə ev sahibliyi edəcəyi bildirilib.
Xarici işlər naziri İslam Konfransı Təşkilatının Gənclər Forumunun üzvləri tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi ilə bağlı nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndirib. Daha sonra, nazir Elmar Məmmədyarov Forumun prezidenti Taha Ayhanı Azərbaycana dəvət edib.
Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Azvision.az
Teqlər: XİN