Azərbaycanın ən yaşlı sakini - 18 nəticəsi, 5 kötücəsi var (FOTO)
“Anamın atasıgil çəltikçilik, pambıqçılıq, çayçılıqla məşğul olublar. Onların öz təsərrüfatları olub. Mal-qara, toyuq-cücə saxlayıblar. Zəhmətkeş insanlardılar. Anam uşaqlıqdan ailəsinə kömək edib, uzun illər təsərrüfatda işləyib. Anamın ata tərəfi uzunömürlüdür. Anası 108, atası 102 yaşında vəfat edib".
A,Cabbarov indiyədək anasının səhhətində ciddi problemin olmadığını deyib: "İndi bir az gözü zəifləyib. Yəqin ki, yaşla əlaqədar. Səhhətində başqa problem yoxdur. Normal gəzir, özünə yemək hazırlayır, çay süzür. Anam hazırda nəvələri və gəlinləri ilə birlikdə yaşayır. Deyir, gülür, gəlinləri onunla zarafatlaşır. Ürəyi istəyəndə bağda gəzir. Nəvələri onu çox istəyir, sözündən çıxmırlar. Anam aldığı təqaüdü onlara verir. Həyatından razıdır. Deyir, Allah nə qədər ömür veribsə, o qədər də yaşayacağ”.
Mirzadə Cabbarovanın həyat yoldaşı 72 yaşında dünyasını dəyişib: “Onda anamın 82 yaşı var idi".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Lənkəran