Ceyhun Bayramov qəbul keçirib

Ceyhun Bayramov qəbul keçirib
  28 Fevral 2019    Oxunub:2639
Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vətəndaşları qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən işlə təminolunma, ali təhsil müəssisələrindən köçürülmə, diplomların tanınması ilə bağlı müraciət ediblər.

Nazir vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti