DYP məktəbdə maarifləndirici tədbir keçirib

DYP məktəbdə maarifləndirici tədbir keçirib
  28 Fevral 2019    Oxunub:3165
Bu gün Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 244 nömrəli orta məktəbdə şagirdlər, məktəb kollektivi və valideynlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, tədbirdə çıxış edən Şöbənin əməkdaşları bildiriblər ki, qarşıda duran əsas məqsədlərdən biri yol nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsini minimuma endirmək və azyaşlıları qəzalardan qorumaqdır. Son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.



Çıxış edənlər həmçinin diqqətə çatdırıblar ki, uşaqlar arasında piyada keçidlərindən istifadənin vacibliyi və yol hərəkəti qaydalarına düzgün riayət olunması geniş şəkildə təbliğ edilməlidir. Tədbir zamanı məktəblilər tərəfindən yol hərəkəti qaydalarından bəhs edən səhnəciklər nümayiş etdirilib və aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim olunub.



Qeyd edək ki, bu artıq Binəqədi rayonu ərazisində yol polisləri tərəfindən keçirilən 33-cü belə maarifləndirici tədbirdir. Dərs ilinin sonuna qədər digər məktəblərdə də analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti