Ombudsmandan pensiya ilə bağlı tələb: Bu şəxslər işdən çıxarılmasın!

Ombudsmandan pensiya ilə bağlı tələb:  Bu şəxslər işdən çıxarılmasın!
  28 Fevral 2019    Oxunub:4253
İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində bildirilib.
Məruzədə qeyd olunub ki, bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir: “Bu səbəbdən yaşa görə əmək pensiyası yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavələrin edilməsi zəruridir”.

Anar Kəlbiyev
Azvision.az






Teqlər: Ombudsman   Elmira-Süleymanova  





Xəbər lenti