İşçi qrupunun rəhbəri Zurabişvilinin Bakı səfərini şərh edib
Deputat bildirib ki, hər iki ölkə təcavüzə məruz qalıb və torpaqlarının bir hissəsi işğal altındadır. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan və Gürcüstan hər zaman bir-birilərini dəstəkləyir.
Ə.Amaşov, həmçinin qeyd edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfər etməsinin böyük əhəmiyyəti var:
“Bu, region ölkələrinə ilk səfər idi. Biz bunu yüksək qiymətləndiririk. Parlamentdə keçirilən görüşdə parlamentlərarası əlaqələrinin daha da möhkəmləndirilməsi xüsusi vurğulanıb. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan parlamentləri arasında çox sıx münasibət var. Dostluq qrupunun üzvləri mütəmadi olaraq görüşürlər. Anlaşılmazlıqlar olursa, birgə müzakirə edilir və həlli ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılır. Azərbaycan və Gürcüstan hər zaman dost olublar, əməkdaşlıq ediblər. Bu gələcəkdə daha da möhkəmlənəcək”.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Bu görüşdə deputat Əflatun Amaşov da iştirak edib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Deputat Əflatun-Amaşov