BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkib

 BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkib
  28 Fevral 2019    Oxunub:2650
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevral ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Azvision.az -a bildirib ki, münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkilir.
Onun sözlərinə görə, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan tərəfində isə üç erməni saxlanılır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Dilqəm   Şahbaz   BQXK  





Xəbər lenti