Rövşən Rzayev qəbul keçirib
Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək, bu kateqoriyadan olan vətəndaşlara dövlət qayğısını artırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Belə şəxslər üçün vahid aylıq müavinətin məbləğinin aprelin 1-dən 50 faiz artırılması barədə qərar bu qayğının növbəti bariz təzahürüdür. Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli də diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən, bu il 6-7 min məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması nəzərdə tutulub. Müvəqqəti məskunlaşdıqları bina və tikililər qəzalı vəziyyətdə olan, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin birinci mərhələdə yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər məsələlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də önəmli yer tutur.
Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Azvision.az
Teqlər: Qəbul