“Artıq Azərbaycanın səbri tükənib” - Polkovnikin Tonoyana cavabı
Ehtiyatda olan polkovnikin sözlərinə görə, hücum əməliyyatı aparmaq, müasir silahlar almaq üçün Ermənistanın maliyyə imkanları yoxdur. Bunun əksinə olaraq, Azərbaycan ordusu güc baxımından Ermənistandan 30 pillə irəlidədir.
“10 ildən çoxdur ki, Azərbaycan ordusuna ayrılan vəsait Ermənistan büdcəsindən çoxdur. Bu məqamda Tonoyan bəyanat verir, amma söylədiklərini heç nə ilə əsaslandıra bilmir. "Su-30" təyyarələrindən danışır. Bu təyyarələrin olub-olmayacağı sual altındadır. Digər tərəfdən, təyyarələrin manevr etməsi üçün Qarabağ ərazisi çox balacadır. Bundan başqa orduya alınacaq heç bir silahın adını çəkmədi. Bir sözlə, Tonoyanın dedikləri havaya söylənmiş bəyanatdır. Bunu erməni analitiklər də əsassız hesab edirlər. Baş nazir Paşinyan orduda ərzaq, geyim problemindən danışırsa, hansı güclü silahdan söhbət gedə bilər? Onlar bu vəziyyətdə hansı hücum əməliyyatı apara biləcəklər? Çünki hücum edən tərəf müdafiə olunandan azı 3 dəfə güclü olmalıdır. Buna isə Ermənistan ordusunun imkanı yoxdur”, - Ş.Ramaldanov vurğulayıb.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Ramaldanov Tonoyan Polkovnik