Leyla Əliyeva uşaq evində olub - FOTOLAR
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla söhbət etdi. Leyla Əliyeva Xocalı soyqırımına həsr olunan bədii kompozisiyanı izlədi. Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirdi.
“Uşaqlar ölkənin gələcəyi, millətin ümidləridir. Biz 2 saylı uşaqlar evində yaradılan yüksək şəraitə, təhsil avadanlığına və güclü müəllim heyətinə görə ürəkdən şadıq. Buradakı uşaqlar bütün lazımi vasitələrlə, böyük qayğı ilə əhatə ediliblər. Bu uşaqlar ata-anaları ilə bir yerdə olmasalar da, yenə xoşbəxtdirlər. Çünki onlar hər cür qayğı ilə əhatə olunublar”, – deyən diplomat diqqətə çatdırıb ki, bu, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın uşaqların sağlam və savadlı böyüməsinə göstərdiyi diqqətin təzahürüdür.
Səfir uşaqlara xoşbəxt həyat, güclü və sağlam böyüyərək qabiliyyətli şəxslər kimi yetişməyi, gələcəkdə onların da Çin-Azərbaycan dostluğuna töhfə vermələrini arzulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər qonaqlar uşaq evinin sakinlərinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə də tanış oldular. Uşaqlar öz əsərləri barədə məlumat verdilər.
Qeyd edək ki, uşaq evlərinin sakinlərinin qayğılarını, burada onlar üçün yaradılmış şəraiti daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 saylı uşaq evi üçün 2016-cı ildə Zirə qəsəbəsində “Dalğa” yay düşərgəsi də inşa olunub.
Azvision.az
Teqlər: